Üzvlük üçün Müraciət Forması

QEYD: Əgər əvvəllər AZSİİB-ə üzv olmusunuzsa, məlumatı yeniləmək üçün membership@azswu.org –a yazın.

  • AZSİİB-in üzvü olmaqla Siz:
  • Avtomatik olaraq, Beynəlxalq Sosial İşçilər Federasiyasına üzv olursunuz;
  • Dünyadakı 3 milyon sosial işçi ilə əlaqə saxlaya bilirsiniz;
  • Müxtəlif ölkələrdəki sosial iş məktəblərinə çıxış əldə edirsiniz;
  • Müxtəlif ölkələrdə təcrübə keçmək imkanınız olur;
  • Sosial iş və Sosial Siyasətlə bağlı ədəbiyyata çıxışınız olur;
  • Yerli və beynəlxalq konfrans, təlim, seminar və digər tədbirlərdə iştirak imkanı qazanırsınız;
  • Dünyada və Azərbaycanda sosial problemlərin həllinə töhvə vermək imkanı əldə edirsiniz.
  • AZSİİB-in dostu olmaqla Siz:
  • Sosial iş və Sosial Siyasətlə bağlı ədəbiyyata çıxışınız olur;
  • Sosial işlə bağlı konfrans, təlim, seminar və digər tədbirlərdə iştirak imkanı qazanırsınız;
  • Müxtəlif ölkələrdəki sosial iş məktəblərinə çıxış əldə edirsiniz;
  • Dünyada və Azərbaycanda sosial problemlərin həllinə töhvə vermək imkanı əldə edirsiniz.

Üzvlük üçün istifadəçi emaili və şifrənizi müvafiq xanalara daxil edin:


Şəxsi məlumatlarınızı müvafiq xanalara daxil edin. Daxil etdiyiniz məlumatların doğruluğundan əmin olun:

Əsas fəaliyyət sahəsi (Birini seçin)

AZSİİB-in fəaliyyətindən necə yararlanmaq istəyirsiniz (bir neçəsini qeyd edə bilərsiniz)?

AZSİİB-in fəaliyyətinə necə töhvə verə bilərsiniz?

AZSİİB-in Etik Kodeksi:

Etik Kodeks sosial iş təcrübəsinin əsaslandığı ən vacib prinsipləri müəyən edir, peşənin əsas dəyərlərini ehtiva edən etik qaydaları ümumiləşdirir, sosial işçini onun cəmiyyət qarşısında hesabatlılığını asanlaşdıran və ona iş prosesində bələdçilik edən xüsusi etik standartlar çərçivəsi ilə təmin edir.

AZSİİB-in Etik Kodeksinin təsdiqi: Öz iradəmlə Sosial işçinin Etik Kodeksindəki müddəaları qəbul etdiyimi və sosial işçi kimi öz iş təcrübəmi bütün etik prinsiplərə uyğun olaraq təşkil edəcəyimi təsdiq edirəm.

Üzvlük kateqoriyaları:

Adi üzvlük: : İllik üzvlük haqqı 15 AZN

Tələbələr üçün: : İllik üzvlük haqqı 5 AZN

AZSİİB-in Dostu: : İllik ödəniş 4 AZN

Üzvlər üçün qeydlər: Sizin müraciətinizə 2 həftə ərzində baxılacaq və üzvlük haqqında təsdiq məktubu e-mail ünvanınıza göndəriləcəkdir. Buna görə də, email ünvanınızı bu müraciət formasında dəqiq qeyd etməyiniz tələb olunur. Əgər, təsdiq məktubu almasanız, AZSİİB-in əlaqədar əməkdaşı ilə əlaqə saxlayın.

Ödənişin keçərliliyi: Üzvlük üçün müraciət və ödəniş 2017-ci ilin 01 noyabrdan edildiyi təqdirdə üzvlük növbəti ilin dekabrın 31-dək aktiv hesab olunur. Növbəti illər üçün üzvlük haqqı hər ilin 1 yanvar – 31 dekabr tarixləri üçün keçərli hesab ediləcək. Ödəniş bu müraciət forması ilə birlikdə təqdim olunmalıdır. Əks halda, üzvlük üçün müraciətiniz qeydə alınmayacaqdır.

Vergi öhdəliyi: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən üzvlük haqqları vergiyə cəlb olunmur və AZSİİB sizin ödədiyiniz üzvlük haqqından vergi ödəməyəcəkdir. Lakin, hər hansı bir xidmət müqabilində AZSİİB-ə ödəyəcəyiniz digər ödənişlər vergiyə cəlb olunacaqdır.

Baxmayaraq ki, bu sənəd yalnız təşkilat daxilində istifadə olunacaqdır, AZSİİB bu məlumatların konfidensiallığına zəmanət verilir.