NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI

Rəna Hüseynova Almaniyada Sosial İxtisası üzrə Master dərəcəsini 2015-ci ildə əldə etmişdi. Təhsil aldığı müddətdə sosial işçi həmkarı ilə birgə “Almaniyada Miqrantlarla Sosial işin təkmilləşdirilməsi” mövzusunda 20-dən artıq sosial təşkilatın iştirakı ilə layihə yazmış və uğurla həyata keçirmişlər. O, həmçinin Brandenburq Texniki Universitetinin Sosial İş ixtisasında bakalvr tələbələri üçün eyni adlı mövzuda seminarlara rəhbərlik etmişdi. Təhsilini bitirdikdən sonra Münxen şəhərində 12-27 yaş arasında olan gənc miqrantlar və gənc ailələrlə sosial işçi kimi çalışmışdır. Hazırda Bakı Dövlət Universitetinin Sosial İş ixtisasında Miqrantlarla Sosial iş, Fərdlər, Qruplar və Ailərlə Sosial İş, Beynəlxalq Sosial İş fənnlərindən tədris edir.

Süsən Nəbiyeva 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakultəsini Pedaqogika və Psixologiya müəllimi ixtisası üzrə bitirmişdir. 2003-cü ilə qədər əvvəlcə ibtidai sinif müəllimi sonra uşaq bağçasında direktor vəzifələrində çalışmışdır. 2003-2012-ci illərdə Xüsusi Qayğıya Ehtiyacı olan uşaqlar üçün internat məktəbində işini davam etdirmişdir. 2010-2011-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Sosial İş üzrə təhsil almış və Sosial işçi ixtisasına yiyələnmişdir. Bu sahə üzrə təşkil edilən müxtəlif yerli və beynəlxalq proqramlarda və təlimlərdə iştirak etmişdir. Türkiyədə, Avstriyada Sosial İşin təşkili, uşaqlarla sosial iş, Kiçik Qrup evlərinin strukturu və idarə edilməsi, Ailələrlə sosial iş, Krizis Mərkəzlərində göstərilən xidmətlər və s. üzrə təcrübə keçmişdir. 2012-ci ildən Azərbaycanda fəaliyyətə başlayan Kiçik Qrup evində direktor işləyir.

Sabina Rüstəmova müxtəlif tədqiqat, sosial təsirlər, icma inkişafı və qiymətləndirmə layihələrində geniş mədəniyyətlərarası təcrübəyə malik sosial və gender ekspertidir. O, Bakı Dövlət Universitetində psixologiya üzrə bakalavr və magistr təhsili almışdır. O, həmçinin ikinci magistr təhsilini sosial iş üzrə ABŞ-da Kolumbiya Universitetinin Sosial İş Məktəbində almışdır. Hal-hazırda o, həmçinin Azərbaycan Sosial İş İçtimai Birliyinin Nəzarət-təftiş komissiyasının üzvüdür. "Universitet illərimdə, Bakı şəhəri ətrafında uşaq evlərində könüllü işləmişəm və psixi əlilliyi olan uşaqlarla arasında psixo-reablitasiya işi aparmışam. O vaxtdan bəri, sosial işçi olmağı və sosial işçi olaraq işləməyi istəmişdim. Qeyri-Hökumət Təşkilatında əsasən makro və mezo səviyyədə işləməyə başladım və daha çox tədqiqat və icma inkişafı layihələri həyata keçirirdik. Sosial iş sahəsindəki nəzəri biliklərimi inkişaf etdirmək və beynəlxalq səviyyədə daha çox təcrübə əldə etmək üçün Açıq Cəmiyyət İnstitutunun Sosial İş Təqaüd Proqramına müraciət etdim. Xaricdə sosial işin ən yüksək 5 məktəbində oxumaq üçün bir fürsət qazandım. Qayıtdıqdan sonra, əsasən sosial proqramların qiymətləndirilməsi, sosial və gender tədqiqat layihələri üzərində fokuslandım. Son tədqiqat layihələrimə beynəlxalq donor təşkilatları tərəfindən Milli Dövlət agentlikləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən infrastruktur layihələrdə sosial təsir məsələləri və gender bərabərliyinin təmin edilməsinin əsas cəhətlərinin tədqiq olunması daxildir. Layihə tapıntıları və tövsiyələri ilə sosial ədaləti təmin etmək və gender bərabərliyini təşviq etmək üçün, kliyentlərin rifahını təmin etmək üçün sosial iş xidmətlərini həyata keçirirəm". Sabina Rüstəmova 2010-cu ildən bəri Azərbaycan Sosial İş İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının üzvüdür.