Şöbələr

  • İctimaiyyətlə Əlaqələr Şöbəsi
  • Sosial İş Təhsili Şöbəsi
  • Gənc Sosial İşçilər və Sosial İş Tələbələri Şöbəsi
  • Uşaq və Ailələrlə Sosial İş Şöbəsi

Xanbala Əhmədli 2011-ci ildə Bakı Dövlət Universitetinin Sosial iş ixtisasına qəbul olmuşdur. Hal-hazırda, o, Bakı Dövlət Universitetində Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistr təhsili alır. Onun qaçqınlarla sosial iş və təşkilati inkişaf sahələrində 2 illik təcrübəsi vardır. O, bir sıra yerli və beynəlxalq təlim, seminar, layihə və konfranslarda iştirak etmişdir. Xanbala Birləşmiş Millət Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının sosial işçisidir. Xanbala həmçinin Y-Peer Azərbaycan Gənclər Şəbəkəsinin üzvüdür. Xanbala Miçiqan Universitetindən Fərdlər, Ailələr və Qruplarla sosial iş mövzusunda kurs keçmişdir. Bundan başqa isə, o, 2016-cı ildən bəri Azərbaycan Sosial İş İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr üzrə Koordinatorudur.

Əməkdaşlarımız