İcraedici heyət

Afaq Hüseynova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetində sosial iş ixtisası üzrə bakalavr təhsili alır. İndiyədək Azərbaycan Respublikasının Prezdenti yanında Bilik Fondunda, UAFA –da könüllü fəaliyyət göstərmişdir. 2017 ci il iyul ayından AZSİİB-də İcraçı direktorun müavini vəzifəsində işləməyə başlamışdır.

Lamiyə Rzayeva Bakı Dövlət Universitetində Sosial iş üzrə bakalavr, Sosial tədqiqat metodları üzrə magistr təhsili almışdır. 5 ildən artıqdır ki, müvafiq sahədə təcrübəsi vardır. İndiyədək Azərbaycan Uşaqlar Birliyi, Qayğı İB, Savadlı Cəmiyyət İB kimi yerli və Oxfam, Chemonics kimi beynəlxalq təşkilatların Azərbaycan ofisində, AWO təşkilatının Almaniyanın Bremen şəhərindəki ofisində çalışmış, Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Avstriyanın Hilfsverk və Qazaxıstanın ARGO təşkilatlarına konsultasiya xidmətləri göstərmişdir. 5 il boyunca sosial iş və sosial xidmətlər üzrə 10larla beynəlxalq təlim proqramında iştirak etmiş L.Rzayeva, həmçinin bu sahə üzrə 3 il ərzində 200-dən çox tələbə, QHT nümayəndəsi və dövlət orqanı nümayəndələrinə sosial iş və əhalinin müxtəlif qrupları üçün sosial xidmətlərin təşkili mövzusunda təlimlər keçmişdir. Lamiyə Rzayeva həmçinin Rzayeva Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin Gənc Məşvərət Şurasının və Y-Peer Beynəlxalq Həmyaşıd Təhsili Şəbəkəsinin üzvüdür, Layihə yazılması və İdarəedilməsi mövzusunda beynəlxalq təlimçi statusuna malikdir. Lamiyə Rzayeva 2012-ci ildən etibarən AZSİB heyətindədir, İcraçı direktorun müavini, layihə kordinatoru vəzifələrində çalışmışdır, 2014-cü ilin iyunundan İcraçı Direktoru vəzifəsinə seçilmişdir.

Zaur Babayev Azərbaycan əmək və sosial munasibətlər Akademiyasında sosial iş üzrə təhsil alır. O, hal- hazırda Azərbaycan Sosial İş İctimai Birliyində Layihə Köməkçisi vəzifəsində çalışır.

Könül Alıyeva Bakı Dövlət Universitetinində Sosial iş ixtisası üzrə bakalavr təhsili alır. İndiyədək Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzində,” Duyğu” Reablitasiya Mərkəzində könüllü fəaliyyət göstərmişdir. 2017-ci il aprel ayından AZSİİB-də İnzibati İşlər üzrə köməkçi vəzifəsində çalışır.

Əməkdaşlarımız