MƏSLƏHƏT ŞURASI

Dr.Leyla İsmayılova Çikaqo Universitetinin Sosial Xidmət Administrasiyası Məktəbində Professor Köməkçisidir (Dosent). Professor İsmayılova beynəlxalq kontekstdə uşaqların rifah halının yaxşılaşdırılması üçün ailə əsaslı müdaxilələrin uyğunlaşdırılması və inkişaf etdirilməsi üzrə ixtisaslaşmış və Sub-Saxara Afrika ölkələrində, Orta Şərqdə və Keçmiş Sovet İttifaqında beynəlxalq tədqiqat layihələrində iştirak etmişdir. Onun tədqiqat gündəliyi risk altında olan uşaqlar və gənclər arasında mental sağlamlığın fuknsionallığını artırmaq və risk davranışlarını (cinsi risk davranışları və maddə istifadəsi) azaltmaq üçün mədəni cəhətdən uyğun müdaxilələrin inkişaf etdirilməsinə fokuslanıb. Professor İsmayılova magistr və doktorluq dərəcəsini ABŞ-ın Kolumbiya Universitetinin Sosial İş Məktəbində almışdır. O, həmçinin psixologiya sahəsində bakalvr və magistr dərəcəsini Azərbaycanda Bakı Dövlət Universitetində əldə etmişdir. O, Azərbaycanda ilk mental sağlamlıq klinikası olan və emosional və bihevioral problemləri olan uşaqlara, gənclərə və ailələrə konsultasiya xidmətləri göstərən Psixoloji Məsləhət Mərkəzinin təsisçisi və direktorudur. Onun iş təcrübəsinə həmçinin maddə asılılığı və Nyu Yorkda uşaq və ailə mental sağlamlıq klinikalarında kliniki işləri də daxildir.

Dr.Letisiya Villareal-Sosa Dominik Universitetinin Sosial İş üzrə Magistr Məktəbinin professoru və Ekvador Estatal de Milagro Universitetində sosial iş fakültəsinin direktoru və qonaq professordur. O, doktorluq dərəcəsinin Çikaqo Universiteti Sosial Xidmət Administrasiyası Məktəbində almışdır. Onun dissertasiya tədqiqatı Meksika mənşəli tələbələr, sosial müəyyənlik və onların akademik trayektoriyaları mövzusunda idi. Onun məktəb sosial işçisi kimi şəhər, şəhərətrafı, orta məktəb, ibtidai məktəb və alternativ təhsil kimi müxtəlif sahələrdə 14 il təcrübəsi var. O, lisenziyalı sosial işçidir, Məktəbdə Sosial İş üzrə Professional Pedaqoq Lisenziyası və Asılılıq Məsləhətçisi Sertifikatları vardır. Məktəbdə sosial iş, imiqrantların adaptasiyası, beynəlxalq sosial iş, yeniyetmə təhsili və məktəbdə ədalət sahələrində tədqiqat aparmağa və nəşrlər etməyə davam edir. Beynəlxalq Məktəb Sosial İş Jurnalının baş redaktorudur və Uşaq və Məktəblərin Redaksiya Şurasının üzvüdür. O, həmçinin Amerika Sosial İş Məktəbləri Assosasiyasının idarə heyətinin üzvlərindən biridir. Hal-hazırda o, Azərbaycan, Ekvador və Keniyada sosial iş təhsilinin və sosial işin inkişafı sahəsində bir sıra beynəlxalq layihələrdə işləyir. Ekvadorda o, ilk magistr dərəcəsi proqramının tətbiqini və inkişafını koordinasiya edir. Məktəb sosial işi sahəsində disiplinlərarası əməkdaşlıq, məktəb sosial iş praktikasını modelləri, şəbəkə zorakılığı və travma ilə bağlı məqalələri çap olunmuşdur. Ən son olaraq, Amerika Sosial İş Məktəbləri Assosasiyası tərəfindən hazırlanmış milli təcrübə modeli ilə uyğun hala gətirilən və müxtəlifliyə istiqamətlənən kəsişmə modeli üzərində fokuslanan yeni bir kitab olan “Məktəb Sosial İşi: Məktəblərdə Praktikaya yönələn Milli Perspektivlər” çap edilmişdir. Həmçinin Beynəlxalq Məktəb Sosial İş Əməkdaşlıq Komitəsinin həmsədridir və məktəbdə sosial iş təhsilini, təlimini və standartlarının yüksək səviyyədə təşviq etməyə nail olan bir sıra beynəlxalq professionallar və akademiklər qrupuna rəhbərlik edir. Lokal səviyyədə, Taller de Jose müşayət modelinin inkişafı ilə əlaqədar olaraq şəhərətrafı məktəblərdə ədaləti təşviq etmək səylərinin sənədləşdirilməsi; Çikaqoda İrlandiya Diasporasının ehtiyaclarının müəyyən edilməsi layihəsi; təhsilə iştirakçı yanaşma istifadə edərək yetkinlik yaşıyan çatan uşaqlar üçün ali məktəbərin qiymətləndirilməsi layihəsi kimi müxtəlif icma əsaslı tədiqat layihələrini idarə etmişdir. Onun son kitab layihələri məktəblərdə Latın Ameikası ölkələrindən olan tələbələrin ehtiyaclarına və 1960-cı illərdən bu tərəfə Çikaqoda siyasətdə fəaliyyət göstərən Meksikalı və Puerto Rikolu yaşlı qadınlara yönələn sözlü bir tarixə istiqamətlənib.

Sevinc Əsgərova Kanadanın Britiş-Kolumbiya Universitetinin Səhiyyə Təhsil Təqaüd Mərkəzində tədqiqat köməkçisi vəzifəsində çalışır. Sevinc Əsgərova 2009-cu ildə ABŞ-ın Vaşinqton Universitetindən Sosial iş üzrə magistr dərəcəsini əldə etmişdir. Həmçinin 2012-ci ildən bəri Azərbaycan Sosial İş İctimai Birliyinin Məsləhət Şurasının üzvüdür.