İdarə heyəti

Aytəkin Hüseynli sosial iş üzrə magistr dərəcəsini əldə etdiyi Vaşinqton Universiteti Braun Sosial İş Məktəbinin doktorantıdır. Onun tədqiqat sahələrinə zəngin resurslara malik ölkələrdə beynəlxalq sosial iş və sosial inkişaf daxildir. Tədqiqat maraqları təbii resurslar və sosial inkişaf, beynəlxalq sosial iş, sosial siyasət və xidmətlər, statistika və tədqiqat metodları aiddir. Doktoranturaya qəbul olmamışdan əvvəl, o, Hilfswerk Avstriya Beynəlxalq təşkilatının ölkə üzrə direktoru və Beynəlxalq Sosial İşçilər Federasiyasının İcra Komitəsinin İkinci Müavini vəzifəsində çalışırdı. O, həmçinin Azərbaycanda professional sosial işçilərin assosasiyası olan Azərbaycan Sosial İş İctimai Birliyinin təsisçisidir. Doktorluq proqramından əvvəl, Aytəkin Hüseynlinin işi Azərbaycanda təhsil, proqram və siyasi inkişaf sahələrini əhatə edirdi. O, Azərbaycanda sosial iş təhsili və peşəsinin yaradılmasında bir lider və sonradan isə bu sahədə sosial iş və sosial siyasət dərsləri tədris etmək üzrə 7 illik təcrübəyə malikdir. Azərbaycanda sosial işin tanıdılmasından əlavə, hökumət siyasətləri və xidmətləri üçün, həmçinin uşaqlar və onların adaptasiyası üçün lobbiçilik fəaliyyəti göstərib. Onun yaratdığı xidmətlər sırasına daxildir: ilk Kiçik Qrup Evi, ailə təlim mərkəzi, ailələrə dəstək mərkəzi, Azərbaycanda foster və qayğı xidmətləri üçün tətbiqetmə mexanizmləri və leqal çərçivənin inkişafı. Aytəkin Hüseynlinin Azərbaycanda və regiondan sosial işin inkişafına böyük töhfələri bir sıra assosasiyalar tərəfindən, xüsusilə 2012-ci ildə Azərbaycanda ABŞ Səfirliyi, 2013-cü ildə Türkiyə Sosial İşçilər Birliyi və Antalya Bələdiyyəsi tərəfindən və 2016-cı ildə isə Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən tanınmış və mükafatlandırılmışdır. Hal-hazırda Beynəlxalq Sosial İş jurnalının redaksiya heyətində çalışır və Münaqişlərin Şəbəkəsi kontekstində Sosial Xidmətlərin üzvüdür və AZSİİB-in sədri və idarə heyətinin üzvü kimi işləyir.

Amalya Sezgin 1990-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis və alman dilləri fakültəsindən məzun olmuşdur. O, Sosial İş İctimai Birliyinin təsisçilərindən biri və İdarə Heyətinin üzvüdür. A.Sezgin 1990-cı ildən Dillər Univestitetində müəllimlik fəaliyyətinə başlamış və 2007-ci ilə qədər həmin universitetdə baş müəllim vəzifəsində çalışmışdır. Bununla yanaşı, o, 1994-cü ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda - Beynəlxalq Xilasetmə Komitəsi – ABŞ humanitar təşkilatı (inzibati köməkçi və ofis meneceri, 1994-1998), Avrasiya Fondu – ABŞ humanitar və qrant təşkilatı (proqram rəhbəri; 1998-2003) və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasında (IREX) (təhsil layihəsinin rəhbəri və qrantlar üzrə menecer; 2003-2011) işləmişdir. 2003-cü ildə Açıq Cəmiyyət İnstitutunun Sosial İş üzrə təqaüd proqramının qaliblərindən biri olmuş və Vaşinqton Universitetinin Corc Braun Sosial İş fakültəsində magistr proqramı üzrə təhsilə başlamış, lakin ailə məsələləri ilə bağlı təhsilini başa vura bilməmişdir. 2011-ci ildən A. Sezgin Avropa Azərbaycan Məktəbində direktor vəzifəsində işləyir. O, bir sıra yerli və beynəlxalq treninqlərdə iştirak etmiş, təhsil, idarəetmə, menecment, layihələrin idarəedilməsi sahəsində böyük təcrübə qazanmışdır.

Gülnarə Pənahova Azərbaycan Sosial İş İctimai Birliyində İdarə Heyətinin üzvüdür. AZSİİB komandasına qoşulmamışdan əvvəl, O, Azərbaycana Birgə yardım Təşkilatında müxtəlif vəzifələrdə 12 il işləmişdir. Son olaraq UAFA-da Proqram Meneceri vəzifəsində işləyib. O, həmçinin SOS Uşaq Kəndləri Assosasiyasında Ailə Məsləhətçisi kimi işləyib. Gülnarə Pənahova 1983-cü ildə Axundova adına Rusiya Dillər Universitetini bitirmişdir. 2000-ci ildə USİ-li oğlu ilə birlikdə Almaniyanın Hamburq şəhərində “Addım-Addım Reablitasiya Proqramı”nda iştirak etmişdir. Daha sonra o, 2005-ci ildə Moskvada Sosial və İqtisadi Elmlər Məktəbində Sosial İdarəetmə Proqramı üzrə bir semesterlik təhsil

Əməkdaşlarımız