BİRLİYİN TARİXİ

  • AZSİİB | Azərbaycan Sosial İş İçtimai Birliyi

    02.06.2006

    Azərbaycan Sosial İş İctimai Birliyi Azərbaycanın yeganə peşəkar sosial işçilərinin assosiasiyasıdır. ABŞ-da sosial iş təhsili almış məzunlar tərəfindən 2006-cı ildə yaradılmışdır. Hal-hazırda birliyin 250-ə yaxın sosial iş dərəcəsi olan üzvü var. 2012-ci ildə rəsmi olaraq qeydiyyatdan keçən AZSİİB-in missiyası Azərbaycanda sosial iş peşəsini inkişaf etdirmək və cəmiyyətdə həssas qrupların rifahını artırmağa yönəlmişdir.

  • Beynəlxalq Sosial İşçilər Federasiyasına üzvlük

    05.06.2012

    AZSİİB 2012-ci ildə Beynəlxalq Sosial İşçilər Federasiyasına üzv olmuşdur. Bu üzvlük AZSİİB-in sosial işin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırmasını təmin edir. Həmçinin sosial iş təhsilində yüksək standartların qorunub saxlanılmasına istiqəmətlənir. AZSİİB ölkədə peşəkar sosial işçilərin sayını artırılması və akademik karyera kimi sosial işin müəssisələşməsini dəstəkləyir.

  • Sosial Xidmətlər haqqında qanun

    16.10.2013

    2013-cü ildə “Sosial Xidmətlər haqqında” qanunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının sifarişi ilə sosial işçilər və sosial xidmətçilər üçün milli keyfiyyət standartları və milli keyfiyyət kriteriyaları adlı iki müxtəlif sənədin hazırlamasında AZSİİB çox mühim rol oynamışdır. AZSİİB həmçinin sosial iş proqramı olan 5 universitetinin texniki dəstəkçisidir. 2013-cü ildə Türkiyə Sosial İşçilər Federasiyası və Antalya Bələdiyyəsinin dəstəyilə AZSİİB 11 ölkənin iştirakı ilə “Şərqdən-Qərbə Sosial İş Körpüsü” adlı konfrans təşkil etmişdir. 2013-cü idə BSİF-nin Baş Katibi Dr.Rori Truel Azərbaycanda səfərdə olmuşdur və Mili Məclisin Sosail Siyasət Komitəsinin Sədri Hadı Rəcəbli, ƏƏSMN və bir sıra dövlət orqanları və əsas QHT-lər ilə görüşmüşdür.

  • Təhsil Nazirliyi ilə əməkdaşlıq

    12.12.2014

    2014-2015-ci ildə AZSİİB Təhsil Nazirliyinin maliyyə dəstəyi və sifarişi ilə “Sosial iş peşəsinin milli standartlarının inkişaf etdirilməsi” layihəsini həyata keçirmişdir.

  • AZSİİB | Azərbaycan Sosial İş İçtimai Birliyi

    15.04.2015

    2015-ci ildə AZSİİB-in keçmiş Sədri Gülnarə Pənahova və indiki İcraçı Direktoru Lamiyə Rzayeva Gürcüstanda 50 ölkənin iştirakı ilə sosial iş peşəsinin inkişaf etdirilməsi adlı beynəlxalq konfransda iştirak etmişlər və Azərbaycanda sosial iş peşəsinin problemləri mövzusunda təqdimat etmişdirlər. 2015-ci ildə AZSİİB Fulbrayt Proqramına müraciət edərək ABŞ-ın Dominik Universitetinin professoru Dr.Letisiya Villareal-Sosanın Azərbaycana 3 dəfə səfərinin həyata keçirilməsinə nail olmuşdur. 2015-ci il oktyabrın 30-da AZSİİB-in idarə heyətinin keçmiş üzvü Günay İsmayılova Gürcüstanda Beynəlxalq Sosial Rifah Konsulluğu, Gürcüstan Sosial İşçilər Assosiasiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda iştirak etmişdir.