Azərbaycan Sosial İş İctimai Birliyi Gürcüstanın  Kreativ İnkişaf Mərkəzi (Creative Development Center) ilə birgə əməkdaşlıq çərçivəsində Baku City Academy təhsil mərkəzinin təşkilati dəstəyilə “Qeyri-formal təhsil - Forum teatr” mövzusunda təlimlər həyata keçirməyə başlayıb. Təlimlər 11-12 və 18-19 Avqust 2018-ci il tarixlərində Bakı şəhərində gənclər üçün təşkil olunur. Təlimin birinci günündə Forum Teatr mövzusunda Gürcüstanın paytaxtı Tbilisi şəhərində TOT (Training of Trainers) keçmiş təlimçilər tərəfindən iştirakçılara Forum Teatr nədir və Qeyri-Formal Təhsil nədir? Onun növləri, metodları və s. Haqqında məlumat verildi. Təlim “Gənclərin əmək bazarına inteqrasiyası”nın problemləri və bu problemlərin potensial həll yolları haqqında interaktiv müzakirələr aparıldı. Daha sonra müzakirə əsasında təlim iştirakçıları bir mövzu üzrə ssenari yazıb, tamaşalar hazırladılar. Təlimin ikinci günündə isə iştirakçılar hazırladıqları Forum Teatr tamaşalarını nümayiş etdirdilər. Yekunda iki günlük təlimin qiymətləndirilməsi həyata keçirildi. Təlim iştirakçıları Azərbaycanın müxtəlif bölgələrindən olan, gənc aktivistlər və sosial işçilər olmuşdur. 
Qeyd edək ki, təlimlər "Azərbaycan və Gürcüstanda gənclərin təhsilə əlçatanlığının artırılması" layihəsi çərçivəsində həyata keçirilir və təlimlərin aktiv iştirakçılarından ibarət 15 nəfərlik heyət Oktyabr ayında Tbilisidə keçiriləcək yekun forumda iştirak şansı əldə edəcəklər. 

Xəbər bülleteninə abunə ol