Azərbaycan Sosial İş İctimai Birliyinin Sədri Aytəkin Hüseynli və Azərbaycanda Sosial İş Təhsilinin Təkmilləşdirilməsi Layihəsinin Koordinatoru Xanbala Əhmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat Rəhbəri xanım Ceyran Rəhmətullayeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya kafedrasının müdiri dosent xanım Sədaqət Əliyevadan ibarət nümayəndə heyəti 22-29 iyul tarixlərində ABŞ-ın Dominik Universitetinində təhsil səfərində olublar. Səfərin məqsədi Azərbaycandan Sosial İş Təhsil proqramının inkişaf etdirilməsi üçün ABŞ-dakı təcrübəni öyrənməkdir. Səfər çərçivəsində 23 iyul 2018-ci il tarixində Azərbaycan nümayəndə heyəti Dominik Universitetinin prezidenti professor Donna Carroll ilə görüşüb. Görüşdə Azərbaycanda sosial iş təhsili, sosial müdafiə sistemi, ailə, qadın və uşaq siyasəti haqqında məlumat verilib. Həmçinin universitetlərarası beynəlxalq tələbə mübadilə proqramı barəsində müzakirələr aparılıb. Dominik Universitetinin prezidenti professor xanım Donna Carroll Azərbaycanda sosial işin geniş surətdə təbliği, və görülən işləri çox yüksək qiymətləndirdi. Görüş zamanı qeyd olundu ki, Azərbaycanda 9 universitetdə sosial iş ixtisası bakalavr və magistr pilləsində tədris olunur. Azərbaycanda Sosial İş Təhsil Kurrikulumun təkmilləşdirilməsi ilə bağlı Dominik Universitetinin təcrübəsi haqqında ətraflı məlumat verilib.
Həmçinin Dominik Universitetinin Praktika şöbəsinin direktoru Sheila Yousuf-Abramson ilə görüşdə universitetin magistr proqramının sahə təcrübəsinin necə təşkil olunması barəsində verdiyi geniş məlumatlar ətrafında müzakirələr aparılıb.
Nümayəndə heyəti universitetdə tələblər üçün mühazirələr keçib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri xanım Ceyran Rəhmətullayeva "Azərbaycanda sosial işin tarixi və sosial müdafiə sistemi", AZSİİB-in nümayəndəsi Xanbala Əhmədli "Azərbaycan Sosial İş İctimai Birliyi və Azərbaycanda Sosial İş", AZSİİB-in sədri xanım Aytəkin Hüseynli isə "Azərbaycanda Sosial İş Təhsili" mövzusunda tələbələr üçün təqdimat ediblər. Həmçinin ABŞ Milli Sosial İşçilər Assosiasiyasının İllinoyi Ştatının İcraçı Direktoru Joel Rubin ilə də keçirilən görüşdə Azərbaycan Sosial İş İctimai Birliyi ilə əməkdaşlıq məsələləri müzakirə olunub.






 

Xəbər bülleteninə abunə ol