Dünya Sosial İş Günü (DSİG) 1983-cü ildə Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən təsis olunmuşdur və hər il müxtəlif mövzulara həsr olunur. Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSİİB) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə ADMİU-da Dünya Sosial İş Günü Forumu keçirilmişdir.

Dünya Sosial İş Günü Forumunu giriş sözü ilə AZSİİB-in icraçı direktoru Lamiyə Rzayeva və ADMİU-nun Kulturologiya kafedrasının müdiri professor Sədaqət Əliyeva açmışdır. DSİG-də AZSİİB-in Gənclər Şöbəsinin rəhbəri Zamin Zəkiyev Dünya Sosial İş Gününün yaranması və tarixi haqqında ətraflı məlumatla çıxış etmişdir və müasir dövrdə ən geniş yayılmış 4 (dörd) mövzu haqqında təqdimatlar edildi. Savadlı Cəmiyyət İctimai Birliyininin Sədri Fuad Dərgahlı “Dini ekstermizim  və cəmiyyət”, BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasının üzvü Lamiyə Rzayeva "Dayanıqlı inkişaf məqsədlərinin təşviq edilməsində gənclərin rolu", BMT-nin Ölkə üzrə Əlaqələndiricisinin siyasi işlər üzrə müşaviri Elgün Tağıyev “Dayanlıqlı inkişaf”, Bakı Dövlət Universitetinin sosail iş tələbləsi Aydın Murad “Palliativ yardm”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi İlkin Əliyev “Marginal azlıqlar” mövzularında iştirakçılar üçün təqdimatlar etmiş və onların suallarına cavab veriblər. Forumun sonunda Xanbala Əhmədli tərəfindən AZSİİB-in yeni veb saytının təqdimatı həyata keçirildi.

Dünya Sosial İş Günü Forumunun iştirakçıları əsasən sosial iş tələbləri, sosial işçilər, sosial sahədə fəaliyyət göstərən aktiv gənclər və s. idi.

Dünya Sosial İş Gününü qeyd etmək üçün yaradılan şəraitə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyevaya öz təşəkkürümüzü bildiririk.

Şəkillər: https://www.dropbox.com/home/World%20Social%20Work%20Day%202018

Xəbər bülleteninə abunə ol