SİYASƏTİN QISA İCMALI
 
Azərbaycan Sosial İş İctimai Birliyi
 
"Qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulmasının bəlkə də ən çox utanc verən halıdır və bəlkə də ən geniş yayılanıdır. O nə coğrafiyaya, nə mədəniyyətə, nə də sərvətə görə fərqlənmir. Davam etdiyi müddətdə bərabərlik, inkişaf və sülhə doğru real irəliləyiş etdiyimizi iddia edə bilmərik ". Kofi Annan 
 
Başlıq: Azərbaycanda qadınlara qarşı zorakılıq növləri və onların qarşısının alınması üçün mövcud qanunvericilik və resurslar barədə məlumatlılığın artırılması
 
Məsələnin Qoyuluşu: Birləşmiş Millətlər Təşkilatına görə, qadına qarşı zorakılıq istər ictimai, istərsə də şəxsi həyatda baş verə biləcək “təhdidlər, məcburi və ya əsassız azadlıqdan məhrumetmə də daxil olmaqla qadınlara qarşı fiziki, cinsi və ya psixoloji ziyan və ya zərərlə nəticələnən və ya nəticələnəcək hər hansı gender əsaslı zorakılıq hərəkətləri aiddir”. İntim partnyor zorakılığı intim partnyor və ya keçmiş partnyor tərəfindən fiziki təcavüz, cinsi zorakılıq, psixoloji zorakılıq və nəzarət davranışları da daxil olmaqla, fiziki, cinsi və ya psixoloji zərərin yaranmasına səbəb olan davranışdır. Cinsi zorakılıq “hər hansı bir şəxsin öz qurbanı ilə münasibətindən asılı olmayaraq istənilən yerdə hər hansı bir cinsi akt, cinsi akta girmə cəhdi və hər hansı bir şəxsə qarşı cinsi qısnamaya yönəldilmiş zorakılıq hərəkətidir. Buraya uşaqlıq yoluna və ya anusa penis vasitəsilə və ya bədənin digər hissəsi və ya hər hansı əşya ilə zorla daxil edilməsi kimi fiziki zorlama aiddir.” Qadınlara və qızlara qarşı zorakılıq insan hüquqlarının ciddi pozulmasıdır. Onun nəticəsi ölüm də daxil olmaqla, qadınlar və qızlar üçün dərhal və uzunmüddətli çoxsaylı fiziki, cinsi və zehni fəsadlar olmaqla dəyişir. Bu, qadınların ümumi rifahına mənfi təsir göstərir və qadınların cəmiyyətdə tam potensialla iştirakının qarşısını alır. Zorakılıq yalnız qadınlara deyil, onların ailələri, icmaları və geniş şəkildə ölkə üçün mənfi nəticələr verir. Onun, milli büdcəyə və ümumilikdə inkişafa təsir edən, geniş səhiyyə və məhkəmə xərcləri və məhsuldarlıq itkisi kimi çox böyük xərcləri vardır Çox sayda layihə, ictimai siyasət, nisbətən geniş qanunvericilik bazasının olmasına baxmayaraq, qadınlara qarşı zorakılıq Azərbaycanda həyəcan verici bir problem olaraq qalır. Hər il 17-43 yaşlarında olan 100 qadın əlil olur və ya öldürülür; bu ölümlərin 73%-i ərləri və ya partnyorları tərəfindən törədilir; hər gün təxminən 1000 qadın evdə ağır şəkildə döyülür; kişilərin 52%-i və qadınların 24%-i qadınlar buna layiq olduğunu düşünür; qızların 12%-i erkən nikahların qurbanıdır; qadınların 14%-i partnyorları tərəfindən cinsi zorakılığa məruz qalır. istismar Mühafizəkar ənənələr və milli mədəniyyət, dini dəyərlərə önəm verilməsi, gender stereotipləri, tabular, qadınların polis, məhkəmə və digər qərar qəbuledici instansiyalarda daha az təmsil olunmaları Azərbaycanda qadınlara qarşı zorakılığın yayılmasının qarşısını almır. Qadın hüquqlarını qoruyan QHT-ləri idarə edən və bəzi yüksək səviyyəli siyasi mövqedə olan qadınlar özləri belə ənənələrin və tabularını “əsir”idirlər. Qadınlara qarşı mühafizəkar ənənələri və milli mədəniyyəti qoruyan Azərbaycan cəmiyyətinin mühakimələrindən qaçmaq üçün bu “qondarma” güclü qadınlar kütləvi informasiya vasitələrindəki çıxışlarında və öz işlərindən stereotipləri gücləndirirlər. Ümumiyyətlə, cəmiyyət fiziki zorakılıq istisna olmaqla digər zorakılıq növlərini zorakılıq kimi qəbul etmir və zərər çəkmiş şəxslər də belə hallar barədə səssiz qalırlar.
 
Siyasət üçün Alternativlər: 1.Zorakılığın aradan qaldırılması üçün dəqiq statistika, geniş yayılma halları, zorakılığın ən geniş yayılmış növləri, coğrafi ərazi, sinif, yaş və digər faktorlar müəyyən edilməlidir. Baş vermiş hal müdaxilə edilməzdən əvvəl düzgün diaqnoz edilməlidir. 2.Sübutlar göstərir ki, yalnız qanunvericilik bazası əsrlər boyu mövcud olan ənənələri, tabuları və mədəniyyəti dəyişmir. Bunun üçün mədəni cəhətdən həssas və hərtərəfli işlənmiş məlumatlılığın artırilması kampaniyaları keçirmək lazımdır. 3.Əvvəlki araşdırmalar göstərir ki, cəmiyyətdə dəstəkləyici peşəkar sosial xidmətlərin olmaması zorakılığa məruz qaldıqda qadınların yardım üçün müraciət etmələrinə mane olur. Bu qadınlar üçün birləşdirilimiş bio-psixo-sosial-iqtisadi müdaxilələr edilməlidir. Bu sahədə təlimdən keçmiş sosial işçilər bu prosesə cəlb edilməlidirlər.
 
Siyasət üçün İmkanlar: Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün ölkənin bütün ərazilərini əhatə edən dərhal aşağıdakı tədbirlər görülməlidir: 1) Fokus qrupları, müsahibələr, etnoqrafiya, hekayələrin söylənməsi, hekayələr və statistik testlər kimi məlumat bazasının toplanması kimi metodlar vasitəsi ilə qarışıq üsullarla ciddi tədqiqat; 2) Televiziya tok-şouları, qəzet məqalələri, sosial media, veb saytlar, kitablar, PSA-lar vasitəsi ilə bütün növ zorakılıqları əhatə edən mədəni cəhətdən həssas əhatəli maarifləndirmə kampaniyası; 3) Sosial işçilər tərəfindən verilən əsas bio-psixo-sosial-iqtisadi xidmətlər təşviq edilməli və yaradılmalıdır; 4) Zorakılıq məsələləri ilə məşğul olmaq üçün hazırlanan sosial işçilər sisteminin yaradılması lazımdır.

Mənbələr:
http://www.who.int/mediacentre/factsheets/fs239/en/
http://www.unwomen.org/en/what-we-do/ending-violence-against-women
http://evaw-global-database.unwomen.org/en/countries/asia/azerbaijan
http://www.stopvaw.org/azerbaijan
https://csd.wustl.edu/OurWork/FinIncl/GlobalAssetBuild/Pages/gapprojects.aspx
https://jamanetwork.com/journals/jamapediatrics/fullarticle/1815478
http://www.sciencedirect.com/science/article/pii/S0190740909001947

Xəbər bülleteninə abunə ol


}