Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSİİB) Böyük Britaniyanın Bearr Trust təşkilatı ilə əməkdaşlıq çərçivəsində 3 mart 2018-ci ildə Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən 184 №-li məktəbdə “Məktəblərdə Psixi Sağlamlıq” mövzusunda seminar keçirilmişdir.

Seminar iki hissədən ibarət olmaqla həm şagirdlər, həm də valideynlər üçün keçirilmişdir. Seminarda psixi sağlamlı nədir, psixi sağlamlığı qorumağın yolları, hansı hallarda psixoloqa müraciət etmək lazımdır və s. kimi mövzular haqqında iştirakçılara məlumat verilmişdir.  

Seminarın təqdimatçısı psixoloq Ruhəngiz Əhmədova Bakı Dövlət Universitetində Psixologiya üzrə təhsil almışdır. Müəyyən vaxtlarda bir sıra təşkilatlarda psixoloq kimi işləmişdir.

Seminarda 7,8 və 9-cu sinif şagirdləri, məktəbin müəllimləri və şagirdlərin valideynləri iştirak etmişdilər. 

Seminarın şəkilləri: https://www.flickr.com/photos/149293449@N02/albums/72157692433710081

Seminarın təşkil olunmasında dəstəyinə görə məktəbin direktoru Rəşad Alıcanova təşəkkürümüzü bildiririk!


 

Xəbər bülleteninə abunə ol