Azərbaycan Sosial İş İçtimai Birliyinin Davamlı Təhsil Şöbəsinin təşkialtçılığı ilə (AZSİİB) 17 fevral 2018-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial işdə koqnitiv bihevioral terapiya” mövzusunda seminar keçirilmişdir.

Seminarda düşüncə tərzinə təsir edərək davranışa yönləndirilmiş terapiya, məxfilik və konfidensionallıq siyasəti, terapiyada etik dəyərlər, kliyentlə intervüdə istifadə olunan suallar və kliyentlə vidalaşma mövzuları haqqında iştirakçılara ətraflı məlumat verilib və mövzular ətrafında müzakirələr aparılmışdır. Həmçinin kliyentlə ünsiyyətdə olmuş seminar iştirakçıları öz təəssüratlarını bölüşmüşdür. İştirakçılara koqnitiv terapiya haqqında qısa video da təqdim edilmişdir.

Seminarın təqdimatçısı Könül Cəfərova ABŞ-ın Kolumbiya Universitetində sosial iş üzrə magistratura təhsil almışdır.
Tədbir əsasən sosial iş tələbələri və praktika sosial işçilər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, sosial sferada fəliyyət göstərən təşkilatların nümayəndələri də iştirak etmişdilər. 

https://www.flickr.com/photos/149293449@N02/albums/72157693534208855

Xəbər bülleteninə abunə ol


}