Layihə Köməkçisi üçün elan | Könüllü
 
Azərbaycan Sosial İş İctimai Birliyi könüllük əsasında Layihə Köməkçisi vəzifəsinə namizəd üçün elan verir. Layihə Köməkçisi aşağıdakı işləri icra edəcəkdir
 
1.        İcraçı Struktur tərəfindən ona verilən fəaliyyətləri yüksək səviyyədə və vaxtında yerinə yetirmək.
2.        Layihə Koordinatoru tərəfindən ona tapşırılan digər işləri yerinə yetirmək. 
3.        Müxtəlif layihələrin hazırlanmasında, icra edilməsində, habelə, ideyaların reallaşmasında təşəbbüslərlə çıxış etmək, aktiv fəaliyyət göstərmək; 
4.        Layihə Köməkçisi işləməsi üçün nəzərdə tutulan işlərin təşkilində, icrasında yaxından iştirak etmək, tapşırılan bütün işlərin öhdəsindən peşəkarca gəlmək.
5.        İcraçı Direktorun və Layihə Koordinatorunun qəbul etdikləri  qərarlarının, layihələrin, praqramların və s.  icrasını həyata keçirmək;
6.        İctimai Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək;
7.        İctimai Birliyin tanınması üçün tədbirlərdə, qrumlarda, konfrans və görüşlərdə lazım gəldikdə təmsil etmək və təşkilat haqqında məlumatın yayılması işində yaxından iştirak etmək;
8.        İcraçı Direktor və ya Layihə Koordinatoru tərəfindən ona tapşırılan digər məsələləri həll etmək.
9.        Bilik və bacarıqlarını artırmaq üçün təşkilat tərəfindən təmin olunan tədbirlərdə iştirak etmək.
10.    Sosial iş sahəsində ehtiyacı olanlarla işləmək, təlimlərdə iştirak etmək, müəyyən təlimlər keçmək işini öhdəsinə götürür;
11.    İctimai Birlik tərəfindən hazırlanmış vəsaitlər, nəşrlər, tədblər və bu tipli fəaliyyətlər üzrəində İctimai Birliyin hüquqlarına riayət edir və onların digər fəaliyyətədə yalnız İctimai Birliyin razılığı ilə istifadə edir.
12.    Layihə Köməkçisi birbaşa olaraq İcraçı Direktora tabedir.
13.    Ayda bir dəfə ayın sonunda görülən işlər barəsində İcraçı Direktora yazılı hesabat verir.
 
Tələb olunan kefiyyətlər
 
1.        Sosial iş təlbəsi və ya məzunu
2.        Yüksək komputer bacarıqları
3.        İngilis dilini yaxşı bilmək
4.        Komandada işləmək bacarığı
5.        Məsuliyyətli və intizamlı olmaq
 
Maraqlanan namizədlərdən niyyət məktubu ilə birlikdə CV-lərini info@azswu.org ünvanına Yanvarın 31-nə kimi göndərmək xahiş olunur.
 

Xəbər bülleteninə abunə ol