Bənövşəyi Sosial İş
 

Zamin Zəkiyev
AZSİİB-in Gənclər Şöbəsinin Direktoru

İlk öncə qeyd etmək istərdim ki, İrana getməzdən qabaq bu ölkə haqqında ön mühakiməli idim. İran kimi mühafizəkar bir ölkədə sosial iş necə fəalliyət göstərir? Bu suala cavab tapmaq məni Tehranda keçirələcək konfransa getməyə daha da həvəsləndirdi.
Konfransın ilk günündən artıq bu düşüncülərim silinməyə başladı. Bu konfransın hazırlıqları üçün iki il öncədən hazırlıqların görüldüyünü eşitdikdə sosial işin İranda qayğı göstərilən və prioritet peşə kimi qiymətləndirilən bir sahə olduğunun fərqinə vardım.
İranın 60 illik sosial iş tarixində bu yolda xidmət göstərən şəxslərlə tanış olub ünsiyyət qurmaq məni bir sosial işçi kimi çox qürurlandırdı. Hələ peşəmin İranda istifadə edilən termini mənə lap maraqlı gəldi. Beləki, İranda “sosial iş” termini “ictimai-mədət kar” (sosial köməkçi) termini ilə ifadə ediblər. İranın milli xüsusiyyətlərini nəzərə alsaq, Sosial köməkçi termini ölkədə sosial işin inkişaf etməsinə və belə bir təqdir olunan, sevilən sahəyə çevrilməsinə müsbət təsir etmiş ola bilər. Azərbaycan konteksti üçün belə bir terminin əlavə edilməsinin hansı nəticələri olardı, bilmirəm, bu əlavə müzakirələr gərəkdirəcək bir mövzudur.
Sosial işin adının İrana məxsus adı olduğu kimi dəyərləri də özlərinə məxsusdur. İslami mənaviyyatı sosial işin insani dəyər və etik kodeksi ilə vəhdətləndirək unikal bir yanaşma ortaya çıxarmışlar. Sosial işin tətbiqində sosial işçilərə dəstəyin bütün İran vətəndaşlarının bir mənəvi və dini borcu olduğu düşüncəsinin təbliğ edirlər. Məişət zorakılığına rəğmən qadınların məcbur qalaraq nikahlarını davam etdirmələrini artıq qadınların öz haqlarına müvafiq olaraq qanunla bu zoraki nikahlara xitam vermə halları əvəz edir. Bu davarnış forması uşaqların da psixi sağlamlığı və gələcəyi üçün yaxşı addım olduğu özünü doğrultur.
Boşanmış və işsiz qadınların öz ayaqları üzərində dayana bilmələri üçün məşğulluq yerləri açılır. Tehranda olduğumuz zaman belə qadınların işlətdiyi şirniyyat sexi ilə tanış olduq. Emalatxanada yalnız sosial dəstəyə ehtiyacı olan xanımlar işlə təmin olunur, eyni zamanda emalatxananın məqsədi insanlar üçün, icma üçün konfidensialdır. Bu tip məşğulluq təminatı özünü doğrultuğu üçün genişləndilməsi düşünülür.Konfrans zamanı isə cəzaçəkmə müəssisəslərində olan sosial iş şəraiti haqqnda da məlumat aldıq. Daha sonra Tehrana yaxın Qods adlı şəhərində  ailələrə xidmət edən sosial xidmət müəssisənin fəaliyyəti barəsində məlumatlandırıldıq. Qods şəhərində uşaq bağçalarına gedə bilməyən aztəminatlı ailələrin uşaqları üçün məhəllə-sahə prinsipi əsasında xidmət göstərən icma əsaslı günərzi qayğı mərkəzinin fəaliyyətinin bir başa şahidi olub oradakı uşaqlarla danışma fürəstimiz oldu. Sosial iş sahəsində mənim ən çox bəyəndiyim və təqdir etdiyim xidmət isə “123 Qaynar Xətti”-nin – təcili sosial xidmətin fəaliyyət göstərməsi oldu. Buraya daxilin olan zəngdən sonra təcili tibbi yardım maşınlarına bənzəyən ailə səfər maşınları ilə sosial işçi və psixoloqlardan ibarət heyət ailəyə səfər edərək ailəni qiymətləndirir. Qiymətləndirmənin nəticəsində ortaya çıxan problelmlərin həlli üçün lazımı tədbrilər görülür, adiyyati qurumlara yönləndirilir və keysin bensefsiarına çevrilir.
İranda belə gözəl sistemin və davamlı işlərin olması ilə yanaşı  mübarizə aparılmasına ehtiyac duyulan işlər də çoxdur. Tehranda küçədə gəzdiyimiz zaman çoxlu sayda küçə həyatına məruz qalan və işləyən azyaşlı uşaqlarla qarşılaşırdıq. Təəccüblü olan məsələ isə bu uşaqların əməklə məşğul olması- maşınların şüşələrini silmələri idi. 60 illik sosial iş tarixi olan bir ölkədə bununla mübarizə tədbirləri yaradılmalı idi. Daha sonra isə cinayətkarlıq hallarının artması, hüquq mühafizə orqanları tərəfindən il ərzində baxılan cinayət işlərinin sayının 15 milyona  çatması faktı da məndə narahatlıq doğurdu. Daha bir məqam isə bundan ibarətdir ki, cinayət aktlarının böyük qismini nəqliyyat qəzaları nəticəsində piyadanın öldürülməsi və ya xəsarətin yetirilməsi təşkil edir.
Ümumi olaraq deyə bilərəm ki, İranda sosial xidmətlər və sosial iş təhsili 60 illik tarixə sahib olmasına baxmayaraq, 60 illik inkişaf səviyyəsində deyil, lakin ölkənin milli xüsusiyyətlərini nəzərə alsaq, həmkarlarımızın böyük inkişaf yolu qət etdiyini və mübarizədən keçdiyini deyə bilərik. Bənəvşəyi rəngi özlərinə simvolik rəng seçmələri və buna uyğun geyinmələri həm konfransa həm də xidmət müəssisələrinə əlavə bir gözəllik və kreativlik qatmışdır.

Xəbər bülleteninə abunə ol


}