AZSİİB-in İcraedici Komandası İranda Beynəlxalq Konfransda iştirak etmişdir

IMG_20171218_161923_HDR-crop

İranda sosial iş 1958-ci ildə yaradılmışdır. İndiyə qədər Tehranın sosial və tibbi sferasında çox mühim rol oynaya bilir. Belə ki 18-19 Dekabr 2017-ci il tarixlərində universitetlərin və beynəlxalq təşkilatların dəstəyilə İranda “Sosial İşin 60 İlliyi”nə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq Konfransda 15 ölkənin nümayəndələri iştirak edirdilər: Kanada, İsveçrə, Qırğızıstan, Azərbaycan, İran, Pakistan, Hindistan, Ermənistan, Rusiya, Sloveniya, Almaniya, Malaziya, Flippin və s. 2 gün davam edən konfransda İranda həyata keçirilən sosial iş fəaliyyətləri haqqında təqdimatlar oldu. Həmçinin digər ölkələrin nümayəndələri öz sosial iş proqramları və ya sosial iş təhsilinin nəaliyyətləti və çatışmazlıqları haqqında baş tutan panellərdə təqdimat etdilər. Azərbaycanı konfransda AZSİİB-in İcraçı Direktoru Lamiyə Rzayeva, PR Koordinator Xanbala Əhmədli, İnzibati İşlər üzrə Məsul şəxs Könül Alıyeva və Gənclər Şöbəsinin Rəhbəri Zamin Zəkiyev təmsil edirdilər.

IMG_20171218_145215_HDR-crop

Azərbaycandan AZSİİB-in İcraçı Direktoru Lamiyə Rzayeva “Azərbaycanda Sosial İş Təhsili: Perspektivlər və Çətinliklər” haqqında çıxış etmişdir. Konfransda Beynəlxalq Sosial İşçilər Federasiyasının Baş Katibi Dr. Rori Truel də iştirak edirdi. Konfransda sonra 1 gün ərzində Tehranda sosial xidmət mərkəzləri ilə tanışlıq oldu. İranda sosial işin 60 illiyini nəzərə alsaq, yaradılan xidmətlər təqdirə layiqdir. Şəhərin müxtəlif bölgələrində Sosial İş Klinikaları fəaliyyət göstərir və hər bir klinikanın təcil yardım maşını var. Bu klinikaların həmçinin qaynar xətti var ki ailədə zorakılığa məruz qalan insanlar bu qaynar xəttə zəng edir və təcili yardım maşını ilə 2 sosial işçi və 2 psixoloq ailəyə gedir; əgər problem yerindəcə həll olunandırsa, orada həll edirlər, əks halda zorakılığa məruz qalan şəxs klinikaya gətirilir və müdaxilə prosesi başlanır.


Xəbər bülleteninə abunə ol


}