Azərbaycan Sosial İş İctimai Birliyinin dəvəti ilə Avstriyanın Ali Tətbiqi Elmlər Universitetinin sosial iş üzrə professoru Dr. Kristian Ştark Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sosial iş üzrə təhsil alan 2 və 4-cü kurs tələbələri üçün "Yoxsulluq və Evsizlər" mövzusunda mühazirələr keçməyə başlayıb. Mühazirələri əhatə edən mövzular yoxsulluq faktları və onun yaranma səbəbləri; yoxsulluqla mübarizənin tarixi keşmişi; sosial işçilərin yoxsulluq barəsində sualları və kliyentlərin gücləndirilməsi; yoxsulluğa neoliberal yanaşma və gücləndirmə yanaşması; Beynəlxalq Sosial İşçilər Federasiyasının sosial işçilər üçüne etik qaydaları: keçmiş və indiki dövrdən uğurlu təcrübələr haqqında olacaq. Mühazirənin ilk günündə professor Kristian Ştark tələbərə yoxsulluq haqqında nəzəriyyələr, onun yaranma səbələri, dünyada yoxsulluq faktları və Avstriyada yoxsulluq haqqında məlumatlar verib və həmçinin tələbələr ilə qrup işləri aparmışdır. Mühazirələr 3 gün davam edəcək. 









Xəbər bülleteninə abunə ol