"Narkotiklərə dair Qlobal Sorğu: İştirakə dəvət"




Sizi dünyanın narkotiklərə dair ən böyük sorğusunda iştirak etməyə dəvət edirik! Narkotiklərə dair Qlobal Sorğu hər il onlayn olaraq keçirilir və bugünədək 35-dən çox ölkənin sorğuda iştirakını təmin edib. Bu il isə Azərbaycan da bu ölkələrin sırasına qoşulmuşdur və sorğu Azərbaycan dilinə tərcümə edilərək sizin iştirakınız üçün açıq elan edilmişdir.  
 
Sorğu haqqında qısa məlumat

Əvvəla, narkotik deyəndə biz hansı maddələri nəzərdə tuturuq? Bura gündəlik istifadə etdiyimiz amma adına narkotik demədiyimiz maddələr də daxil olmaqla, bu il Azərbaycanda spirtli içki, tütün və çətənə bitkisi (marixuana) haqqında suallar soruşacağıq. Başlıca məqsədlərimizdən biri, istifadəçilərin təcrübələrini öyrənmək və tibbi müdaxilə, həmçinin sosial xidmətlərə ehtiyac duyan istifadəçilər üçün uyğun kömək modellərini inkişaf etdirməkdir. Gündəlik istifadəni azaltmaq yaxud tamamilə dayandırmaq istəyirsinizsə, bu sorğuda iştirak etməyiniz mütləqdir! Sizin cavablarınızın həm elmi tədqiqata, həm digər istifadəçilərə, həm də ümumilikdə cəmiyyətə yararı vardır!
 
Narkotiklərə dair Qlobal Sorğuya qoşulmaq hər zamankindən daha vacibdir. Son on ildə narkotiklər dünyası kəskin şəkildə dəyişib. Bu birinci növbədə, texnologiyaların riskə və riskin azaldılmasına yeni imkanlar açması ilə bağlıdır. Bundan əlavə, narkotiklər ətrafında çoxlu sayda əfsanəvi və qorxu yaradan inanclar mövcuddur. Narkotiklərə dair Qlobal Sorğunun məqsədi isə məhz şəffaf, səmimi və obyektiv diskussiyaların yaranmasına təkan verməkdir. Sorğuda iştirak edərək, siz, tamamilə anonim şəkildə, öz istifadə təcrübələrinizi bizimlə paylaşacaqsınız. Narkotiklərə dair Qlobal Sorğu komandası isə, həmin nəticələrə uyğun olaraq, hər iştirak etmiş ölkənin unikal statistikasını tərtib edəcəyik. Bizim komanda kimlərdən ibarətdir?
 
Siz də istifadə təcrübələrinizi paylaşın
 
Bugünədək üzünü görmədiyimiz, adını bilmədiyimiz 450000 insan sorğuda iştirak etmişdir. Siz də sorğudan keçərək, öz dəyərli töhvənizi verin ki, hər kəs narkotiklərə daha sağlam yanaşsın və məlumatlı olsun. Başlamaq üçün aşağıdakı keçidə klikləyin.
 
https://surveys.globaldrugsurvey.com/s3/GDS2018
 
İştirakınız üçün əvvəlcədən Narkotiklərə dair Qlobal Sorğu komandası adından təşəkkür edirik!
 
Əlavə suallarınız olduğu təqdirdə, sorğunun internet səhifəsindəki məlumat vərəqəsini oxuyun, yaxud layihənin Azərbaycan üzrə koordinatoru ilə əlaqə saxlayın:
 
Aysel Sultan, M.A.
Goethe University Frankfurt
aysel.sultan@stud.uni-frankfurt.de


Xəbər bülleteninə abunə ol


}