Bir peşə olaraq sosial işin nisbətən çox qədim olmayan bir keçmişi var. İlk sosial  rifah sistemləri 1800-ci illərin əvvəllərində, şəhərdən kənarda yerləşən - rayonlarda yaşayan insanların ehtiyaclarının qarşılamaqdan ötrü yaranmışdır. Bu müəssisələr və ya xidmətlər əvvəllər etiqad liderləri və dini qrupların təşəbbüsü ilə inkişaf edən xüsusi institutlar idi. 1900-cü illərin əvvələrinə qədər bu xidmətlər yalnızca qanuni təhsil almamış, insan davranışlarını çox yaxşı başa düşməyən etiqad qrupları üzvləri və varlı xeyriyyəçilər tərəfindən həyata keçirilirdi. Qida və sınacaq kimi əsas fiziki ehtiyaclarınını qarşılamaq, emosional və fərdi çətinlikləri dini təlqinlərlə “müalicə” mövzuları işin əsas hissəsi idi.
İlk sosial rifah təşkilatlarından biri 1820-ci ildə Con Qriskom (John Griscom) tərəfindən yaradılan “Yoxsulluğun qarşısının alınması” Cəmiyyəti idi. Bu cəmiyyətin məqsədləri yoxsul insanların həyat şəraiti və vərdişlərini araşdırmaq, yoxsul şəxlərin öz-özlərinə kömək ola biləcəkləri haqqında planlar yaratmaq, onları qənaət etməyə və iqtisadi cəhətdən hərəkət etməyə cəsarətləndirmək idi. Bu məqsədlərə istiqamətlənmiş olaraq Cəmiyyət yoxsul insanların evlərinə səfərlər təşkil edirdi.
1800-ci illərin ikinci yarısında işsizlərə, yoxsullara, xəstələrə, fiziki və mental əlilliyi olan insanlara, valideynin itirmiş insanlara yardım etmək üçün böyük şəhərlərdə olduqca çox sayda xüsusi etiqad birlikləri yaradıldı. Bu birliklərin proramları koordinasiyalı deyildi və bəzi hallarda həyata keçirilirdi. Bu səbəblə, bir İngilis kəşfi – Xeyriyyəçilik Təşkilatı Cəmiyyəti (Charity Organization Society) – (XTC) çox sayda amerikalıların diqqətini çəkdi. 1877-ci ildə Bufallo və Nyu-Yorkda layihələr həyata keçirməyə başlayan XTC bir çox şəhərlərdə sürətlə bəyənildi. (a) Fərdlərə və ailələrə birbaşa xidmət etmək – bunlar sosial keys (hal) işinin və ailə məsləhətçiliyi yanaşmalarının əvvəlləri idi, (b) şəhərlərin böyük sosial problemlər ilə mübarizə aparmaq, xüsusi təşkilatların səylərini koordinasiya etmək və planlaşdırmaq üzrə - bunlar icma təşkilatlanmasının və sosial planlaşdırma yanaşmalarının əvvəlləri idi – xüsusi təşkilatlar xeyriyyəçilik təşkilatlanma cəmiyyətlərində bir yera toplandılar. Xeyriyyəçilik təşkilatları xidmət və maliyyə yardımı üçün hər müraciətçi ilə əlaqədar olaraq ətraflı sorğu keçirtdi, təkrarlardan yayınmaq üçün müraciətçilər haqqında mərkəzi qeydiyyat sistemi yaratdı və çətin şəratidə olanlarla işləmək üçün könüllü “dost ziyarətçilər” vəzifələndirdi. Dost ziyarətçilər əsas olaraq “xeyriyyə işləri” edənlər idi. Bunlar, ümumilikdə, pul yardımı etməkdən əlavə, yoxsullara çox yaxın diqqət göstərdilər, onları qənaət etməyə və iş tapmağa həvəsləndirdilər. Yoxsulluğa insanların fərdi səhvlərinin nəticəsi kimi yanaşılırdı. Dost ziyarətçilərin çoxsu qadanlar idi.
Xeyriyyə Təşkilatı Cəmiyyəti (XTC) ilə bərabər olaraq 1800-ci illərin sonunda “yaşayış evləri” (sığınacaqlar) yaradıldı. Bu sığınacaqlardan birincisi 1884-cü ildə Londonda yaradılan Toynbee Hall-dur. Qısa zaman ərzində ABŞ-ın böyük şəhərlərində bir çox başqa sığınacaqlar təşkil olundu. İlk sığınacağın işçilərinin çoxsu ümumilikdə orta və yuxarı təbəqənin məmurlarının qızları idi. Dost ziyarətçilərin əksinə olaraq bunlar yoxsul bölgələrdə yaşayırdılar və təhsil mərkəzlərində yoxsulların həyat tərzlərinin necə keçirəcəkləri və yaşayış şəraitlərinin hansı yollarla yaxşılaşdırılması ilə əlaqədar tapşırıq yönümlü yanaşma göstərdilər. Yoxsulların sığınacaq, sağlamlıq və həyat şəraitlərini yaxşılaşdırma yollarını axtardılar, ətraf yaşayış məntəqələrində yaşayan insanlar üçün iş tapdılar, ingilis dilini öyrətdilər, gigiyena mövzusunda məlumat verdilər və peşə bacarıqları aşıladılar, kooperativ səyləri ilə regional sahələri dəyişdirdilər. Məskunlaşma evlərində müasir dövrdə sosial qrup işi, sosial fəaliyyət və icmanın təşkili adlandırdığımız dəyişmə texnikalarından istifadə etdilər.
Məskunlaşma evləri “ekoloji islahat” təsvirini vurğulayırdı. Eyni zamanda yoxsullara orta sinifdə hakim olan iş, qənaət, münasibət və yoxsulluq dəyərlərini uğur açarları olaraq öyrətmək üzrə işlərinə davam etdilər. Məskunlaşma evləri lokal hərəkətlərlə, lokal problemlərlə məşğul olmaq ilə bərabər qanunvericilik yaratmaqda, sosial siyasəti və yaşamağa təsir göstərmək üçün təşkilatlanmalarda əhəmiyyətli oldu. Məskunlaşma evi hərəkətlərində ən diqqət çəkən lider Çikaqodakı Hull House-dan Ceyn Adams (Jane Addams) oldu.
Məlum olduğu kimi, ilk maaşla işləyən sosial işçilər 1800-ci illərin sonunda XTC-nın idarəedici katibələri idi. Eyni zamanda bəzi XTC-lar xeyriyyəçilik məqsədlərini həyata keçirmək üçün yerləşdikləri şəhər icra hakimləri ilə müqavilə imzaladılar. Daha sonra sosial xidmətçilərə təlim keçmək, təşkilatlandırmaq və yaradılan fonların hesabını həyata keçirmək üçün maliyyə işlərini qurmaq idarəedici sekretlərə həvalə edildi. İdarəedici katibələr sosial xidmətçilərin xidmətlərini yaxşılaşdırmaq üçün standartlar və təlim kursları təşkil etdilər. 1898-ci ildə Nyu-York Xeyriyyə Təşkilatı Cəmiyyəti tərəfindən sosial xidmətçilərə ilk təlim kurslarına cəlb edildilər. 1904-cü ildə sosial xidmətçilərə Nyu-York Xeyriyyəçilik Məktəbi tərəfindən bir illik proqram verildi. Qısa zaman çərçivəsində bir çox kollec və universitet sosial iş sahəsində təlim proqramlarına başladılar.
Riçard Kabot (Richard Cabot) 1905-ci ildə Massaçuest Xəstəxanasında Tibbi Sosial İşi həyata keçirməyə başladı. Bundan sonra məktəblərdə, məhkəmələrdə, uşaq klinikalarında və s. kimi yerlərdə yavaş-yavaş sosial işçi ştatı yaradılmağa başladı.
İlk sosial iş təlim proqramlarından həm ekoloji islahat, həm də fərdlərin cəmiyyətə daha yaxşı inteqrasiya etmələri diqqət mərkəzinə çevrildi. 1917-ci ildə Meri Riçmond (Mary Richmond) sosial iş üçün nəzəriyyə və metod təklif edən ilk kitab olan Sosial Diaqnoz (Social Diagnos) adlı əsəri çap olundu. Kitab sosial işçinin fərdə necə müdaxilə etməyinin vacib olduğunu diqqət mərkəzində çevirdi. Bu proses hal-hazırda da istifadə edilir və iş (məlumat toplama), diaqnoz (yanlış olanı üzə çıxarmaq), proqnoz (inkişaf gözləntisi) və müalicə planlaşdırması (müraciətçinin inkişafına köməkçi olacaq işlərin görülməsi) mövzularından ibarətdir. Bu kitab vacib idi. Çünki sosial keys işi üçün əhəmiyyətli olan məlumatların toplusunu əhata edirdi.
1920-ci illərdə Ziqmund Freydin (Sigmund Freud) şəxsiyyətin inkişafı və müalicəsi nəzəriyyəsi populyar oldu. Psixiatırların anlayış və tərifləri müraciətçilərlə birə-bir (face to face) işləyən sosial işçilər üçün xüsusilə uyğun idi. Psixiatrik yanaşma daxili mənəvi psixikanı irəli sürdü və müraciətçilərin öz ictimai mövqelərinə uyğunlaşmasını vacib hesab etdi. Beləliklə, bir çox sosial işçi bundan sonrakı 30 il ərzində tendensiyalarını islahatdan müalicəyə dəyişdi.
Ancaq 1960-cı illərdə birlikdə sosial işçilərdə sosiolji yanaşma və reformasiya mövzusunda yeni bir maraq yaranmağa başladı. Bu marağın bir çox səbəbi vardır. Sosial və iqtisadi təzyiqə məruz qalmış, az təminatlı müraciətçilər ilə danışıq yanaşmalarının uyğunluğu barəsində bir sıra problemlər yaranırdı. Bununla birlikdə, psixoterapotik yanaşmalar müzakirə olunmağa başladı. Yenidən üzə çıxan marağın digər səbəbləri arasında sosiologiyanın öz sahəsindəki inkişafı və 1960-cı illərin sosial müxalifətin yüksəlişi dayanırdı. Bu vəziyyətdə də cəmiyyətin ehtiyaclarını qarşılamada sosial təşkilatların mövcudluğu və məzmunu ilə bağlı problemlər ortaya çıxdı. Günümüzdə sosial iş həm reformasiya yanaşmasını, həm də tibbi yanaşmanı əhatə edir.
I Dünya müharibəsinin sonuna qədər sosial iş o qədər də geniş yayılmış bir peşə deyildir. 1930-cu ildəki böhran və 1935-ci ildə ictimai təhlükəsizlik hərəkətinin qanuniləşməsi ümumi sosial xidmədlərin geniş miqyaslı yayılmasına imkan yaratdı və sosial işçilər üçün iş imkanları yarandı. XX əsrin əvvəllərindən axırlarına qədər əsas sosial xidmətləri təmin etmək üçün professional olaraq təhsil almış sosial işçilərə ehtiyac olan zamanda sosial birliklər tərəfindən və cəmiyyət tərəfindən gedərək artan bir fərqlilik ortaya çıxdı. 1955-ci ildə ABŞ-da sosial iş peşəsini təmsil edən “Milli Sosial İşçilər Cəmiyyəti” (MSİC) yaradıldı. Cəmiyyətin bir neçə peşə jurnalı mövcud idi. Bunlardan ən mühim olanları bunlardır: Sosial İş jurnalı; Sosial iş ensiklopediyası; MSİC Xəbərlər. Bütün ölkə miqyasında iş axtarma siyahıları ilə yanaşı müasir sosial iş xəbərlərinə də yer ayırırdı.
Son illərdə bir sertifikatlaşdırma sistemi inkişafı və sosial işçilərin sənədləşdirilməsi mövzusunda ciddi bir iş meydana gəldi. Belə bir sistem həm sosial işin ixtisaslı peşəkarlar tərəfindən verildiyinin başa düşülməsinə, həm də xalqın bir peşə olaraq sosial işi tanımasına köməklik edəcək. Bütün ABŞ əyalətləri yerli məsclislərdən sosial iş çalışmalarını təşkil etmək və lisenziyalaşdırmaq üzrə qanunlar çıxartdı. Yeni bir peşə olmasına baxmayaraq, sosial iş inkişaf edir və hər kəs tərəfindən hörmət edilir.

Xəbər bülleteninə abunə ol