Sentyabr ayının sosial işçisi



Lamiyə Rzayeva Bakı Dövlət Universitetində sosial iş üzrə bakalavr və sosioloji tədqiat metodları üzrə isə magistr dərəcəsini bitirmişdir və bu sahə üzrə 5 ildən artıq təcrübəsi var.
Sosial iş proqramını məlumatlı olub və ya xüsusi bir karyera qurmaq üçün seçməmişəm. Aktrisa olmaq arzum var idi, ancaq universitetə qəbul imtahanı zamanı yüksək bal topladığım üçün valideynlərim mənə aktrisa olmağa icazə vermədilər. Beləliklə, anamın məsləhəti ilə Bakı Dövlət Universitetində təhsil almağ başladım. Ancaq universitetində birinci mühazirədən sonra – sosial işə giriş xoşbəxt olan şanslı tələbələrdən biri idim. Özümü böyük bir pazlın itmiş bir parçası kimi hiss etmədim J Məzun olandan sonra başqa bir sahədə işləməyi heç vaxt fikirləşməmişəm.
Azərbaycan Uşaqları Birliyi, Qayğı ictimai Birliyi, Savadlı Cəmiyyət İctimai Birliyi kimi yerli QHT-lərdə və Oxfam GB, Chemonics və Almaniyada AWO kimi beynəlxalq təşkilatlarda və eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatı, Hilfswerk Avstriya və ARGO Qazaxıstan təşkilatlarında məsləhtəçi işləmişəm.   
Bakalavr təhsilimi başladığım aydan etibarədən yeni biliklər əldə etmək üçün bir çox tədbirlər, seminarlar, təlimlərdə iştirak etmişəm və həmçinin həmkarlarım, müxtəlif xidmət sahəsində işləyən QHT nümayəndlərindən dəyərli məlumatlar toplamaq üçün onlarla əlaqəni genişləndirmişəm.
Əlilliyi olan uşaqlar, zorakılığa məruz qalmış insanlarla işləməyimə baxmyaraq, heç vaxt özümü klinik sosial işçi olmaq üçün kifayət qədər təcrübəli və bacarqılı hesab etməmişəm.  Mənim əsas maraq dairəm və ixtisaslaşdığım sahə təşkilat və layihə idarə olunmasıdır. Ölkədə sosial iş təhsilini inkişadı üçün lobbiçilik, fərdlərin və həmkarların problemlərini uyğun dovlət orqanlarına və təşkilatlarına çatdırmaq üçün vəkilliklə də məşğul oluram. Həmçinin təlimçi kimi də işləyirəm və deyə bilərəm ki, çoxlu peşakar sosial işçilər, dövlət qulluqçuları və sosial sahədə işləyən QHT nümayəndələri ilə tanış olmaq şansım olduğu üçün xoşbəxt hiss edirəm.
Bu il, mən “Cross Culture” Təqaüdünü qazandım və Almaniyanın ən böyük sosial xidmət təşkilatlarından biri olan AWO-da iki aylıq təcrübə keçdim. Bremendə böyük bir qaçqın kampında sosial işçi işləyirdim. Aydındır ki ölkəmiz sosial xidmət baxımından yaxşı təmin olunmayıb, xüsusilə də qaçqınlar üçün sosial xidmətlər demək olar ki Azərbaycanda mövcud deyil. Kampda məcburi köçkünlərdən başqa müxtəlif ölkərlədən – Əfqanıstan, Suriya, Rusiya və s. qaçqınlar var idi. AWO mənim peşakar inkişafımda əvəzedilməz yol oynadı və mənə miqrantlar və qaçqınlar üçün sosial xidmətlərin inkişafı və idarə olunması haqqında ətraflı bilik və sosial işçi kimi bu xidmətlərdə ehtiyacım olduğu praktiki bacarıqları verdi.
Azərbaycanda BMT-nin Gənclər Məşvərət Şurasının üzvüyəm. Buraya üzv olmaqla BMT-yə üzv olan ölkə komandları ilə sosial işçilərin və çətin həyat şəraitində yaşayan insanların problemlərini müzakirə etmək şansı əldə etmişəm.
Bunlardan hamısından öncə 3 ildən artıqdır ki Azərbaycan Sosial İş İctimai Birliyi Komandasını üzvü olduğum üçün fəxr edirəm və peşəkar, mehriban və aktiv kollektiv ilə işlədiyim üçün xoşbəxtəm.  

Xəbər bülleteninə abunə ol


Əməkdaşlarımız