Bakıda Azərbaycan Sosial İş İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzi, Gələcək Nəsil İnstitutunun  birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan uşaqlarının
 parlaq gələcəyinin təmin edilməsi və həyata inamla başlamaları üçün Uşaq İnkişaf/Qənaət Hesabları haqqında maarifləndirmənin aparılması” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirildi.

 
6 noyabr 2018-ci il tarixində həyata keçirilən "Uşaq İnkişaf Hesabları: Uşaq İnkişafına Yeni Yanaşma" mövzusunda beynəlxalq konfransda uşaq müdafiə sistemindəki ümumi problemlər, uşaq müdafiə sistemindəki çətinliklər, uşaq müdafiə sisteminin qurulması, uşaq inkişaf hesabları siyasəti və praktikası, Azərbaycanda uşaq inkişaf hesablarının tətbiqindən bəhs edilib.
Konfransda dövlət rəsmilərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rektoru professor Ceyran Mahmudova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatının nümayəndələri və beynəlxalq qonaqlar kimi isə Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzinin Direktoru professor Maykl Şerraden, İsrailin Tədqiqat və Planlaşdırma İnstitutunun Direktor Müavini professor Daniel Qotlieb, Vaşinqton Universitetinin Braun Məktəbinin Sosial İnkişaf Mərkəzinin  Beynəlxalq Direktoru Li Zou, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, İran, Gürcüstan, Qazaxıstan, Monqolustan, kimi müxtəlif ölkələrdən peşəkar uşaq müdafiəsi və sosial iş üzrə mütəxəssislər iştirak ediblər. Ümumilikdə isə konfransda 10 ölkədən 20 beynəlxalq nümayəndə iştirak edib.
İlk əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru professor Maykl Şerraden giriş nitqi ilə qonaqları və iştirakçıları salamlayın, daha sonra isə Azərbaycan Sosial İş İctimai Birliyinin sədri Aytəkin Hüseynli isə uşaq müdafiəsi, uşaq müdafiə sisteminin qurulması və Azərbaycanda Uşaq İnkişaf/Qənaət Hesablarının tətbiqi mövzularında məlumat vermişdir. Konfransda həmçinin iki panel müzakirəsi həyata keçirilmişdir. Panel müzakirələrində Post-Sovet ölkələri, Türkiyə, İran və Monqolustanı təmsil edən nümayəndələr ölkələrinin uşaq inkişaf siyasətləri, uşaqlara göstərilən sosial xidmətlər, uşaqlar üçün pul proqramları və s. haqqında məlumat vermişlər. 

 





Şəkillər: © Azərbaycan Dövlət İnformasiya Agentliyi 

Xəbər bülleteninə abunə ol